Türkiyə prezidenti Yunanıstanı kəskin təhdid edib:
“Hansı dildə başa düşürlərsə, biz də mötərizə açıb, o dildə danışarıq”
Türkiyə prezidenti bir neçə gün əvvəl Yunanıstana ünvanladığı “bir gecə qəfil gələ bilərik” mesajından danışıb:
“Düşünürəm ki, ifadə etdiyim məqamlar və çatdırmaq istədiyim mesaj son dərəcə aydındır. Yunanıstanın son zamanlarda Türkiyəyə münasibəti anlaşılmazdır. Egeydə pozuntuya yol verirlər, NATO missiyasını yerinə yetirən təyyarələrimizə müdaxilə edirlər, S-300 sistemləri ilə radar kilidlənməsinə qədər bir çox müdaxilələr var.
Rəcəb Təyyib Ərdoğan qərb ölkələrinin Yunanıstan və Türkiyəyə ikili münasibətlərinə də diqqət çəkib. “Bizim S-400 məsələmizi dillərindən düşürməyənlərdən Yunanıstanın S-300-ləri haqqında nəsə eşitmisiniz? S-300 də, S-400 də Rusiyanındır. Amma ona səsini çıxaran yoxdur”,-deyə Türkiyə prezidenti bildirib.
Ərdoğan ABŞ-ın Yunanıstan ərazisində Türkiyəyə qarşı hərbi bazalar yaratdığını da dilə gətirib: “Razılaşmalardakı qeyri-hərbi statusa qarşı burnumuzun dibindəki adaları silahlandırmaqda davam edirlər. Eyni zamanda, bazaların yaradılması məsələsi də var. Buna Amerika rəhbərlik edir”,- Türkiyə prezidenti deyib.
Rəcəb Təyyib Ədoğan BMT Baş Assambleyasının sammitində ABŞ prezidenti ilə görüşə bilərsə bu mözunu onunla müzakirə edəcyini bildirib.
Türkiyə prezidenti Egey və Aralıq dənizindəki təzyiqlərə də toxunub: “Egey və Şərqi Aralıq dənizində dəniz yurisdiksiyaları kontekstində bizə tətbiq etməyə çalışdıqları maksimalist tezislər var. Bunun da həzm ediləsi tərəfi yoxdur.
Ərdoğan bildirib: Birbaşa Türkiyə ilə danışmaq əvəzinə, BMT-də, ABŞ-da, Avropa Birliyində və hətta ən güclü üzvlərindən biri olduğumuz NATO-da bizdən davamlı şikayət edərək az qala təhdid mexanizmlərindən istifadə edirlər. Təbii ki, bunu qəbul etmək olmaz. Hansı dildə başa düşürlərsə, biz də mötərizə açıb, o dildə danışarıq. Bilirəm ki, məni başa düşdülər".