Okt 07, 2022 16:18 Asia/Baku
  • Türkiyə yüyənsiz inflyasiya sıxıntısında

Türkiyədə inflyasiya hökumət statistikalarına əsasən, səksən üç faizi ötüb keçib. Qeyri-hökumət statistikalarına görə isə yüz səksən altı faizə çatıbdır.

İqtisadi böhran və yaşayış xərclərinin artması Türkiyə ictimaiyyətini təsir altına alıb. Həmçinin bir ABŞ dollarının məzənnəsi 18,5 Türkiyə lirəsini ötüb keçibdir.

Hökumət dollar 20 lirədən yuxarı qalxmasın deyə, əhalinin lirə ilə açdığı əmanət hesablarına adi və rəvac tapmış mənfəətdən başqa, lirənin dollara çevrilməsi dəyərinə söykənən sərmayə yatırımı fərqini əmanətçilər üçün təzmin və kompensasiya edən əlavə bir faiz və mənfəət nəzərdə tutubdur.

Türkiyə statistika təşkilatının göstəricilərinə əsasən, inflyasiya artımı üzrə ən çox faiz nəqliyyat sektoruna aiddir. Məhz bu sektor beynəlxalq enerji böhranı ilə yanaşı, qiymətlərin durmadan artması ilə üzləşibdir.

Bu arada, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan prezident seçkilərinə təxminən yeddi ayın qaldığı bir halda, seçicilərə bir daha daha yaxşı həyat vədini verib.

Türkiyədəki iqtisadi problemləri korona pandemiyası və müharibə də daxil olmaqla beynəlxalq olaylarla əlaqələndirən Ərdoğan inflayasiyadan irəli gələn ziyanların aradan qaldırılması üçün lazımi tədbirlər görəcəklərinə söz veribdir.

Teqlər