Çavuşoğlu: İran və Azərbaycan arasında danışıqlar prosesini alqışlayırıq
https://azeri.sahartv.ir/news/türkiyə-i394616-Çavuşoğlu_İran_və_azərbaycan_arasında_danışıqlar_prosesini_alqışlayırıq
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianla türkiyəli həmkarı Mövlud Çavuşoglu arasında telefon danışığı baş tutub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 01, 2022 05:21 Asia/Baku
  • Çavuşoğlu: İran və Azərbaycan arasında danışıqlar prosesini alqışlayırıq

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianla türkiyəli həmkarı Mövlud Çavuşoglu arasında telefon danışığı baş tutub.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə İran Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Nazirlər ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıblar və Əmir-Abdullahiyan Türkiyə xarici işlər nazirinə Şirazdakı terror aktı ilə bağlı başsağlığına görə təşəkkür edib.

İranlı nazir bildirib ki, bəzi düşmənlər son hadisələrdən sui-istifadə edərək İranda qeyri-sabitlik yaratmağa çalışır.

Çavuşoğlu isə öz növbəsində bildirib ki, İran və Türkiyə təkcə iki qonşu ölkə deyil, həm də yaxşı və pis gündə həmişə bir-birinin yanında olan iki qardaş ölkədir.

O, Şirazdakı terror hadisəsini pisləyərək bir daha Türkiyə hökuməti və xalqı adından başsağlığı verib.

“Biz terrorla mübarizədə həmişə İranın yanında olmuşuq və olacağıq”, - deyə Çavuşoğlu əlavə edib.

Türkiyənin xarici işlər naziri İran və Azərbaycan arasında danışıqlar prosesini bir daha alqışlayıb. O vurğulayıb ki, hər iki ölkə Türkiyənin dostudur və İranla Azərbaycan arasındakı dostluq onları sevindirir.