Türkiyədə seçkilərlə bağlı perspektiv necə görünür?
Türkiyə mətbuatı yazır kı, seçkilərin birinci turda bitmə ehtimalı 50 faizdən də azdır.
SəhərAzəri-nin məlumatına əsasən, Türkiyədə seçkilərin birinci turda yekunlaşma ehtimalı 50%-dən azdır, Rəcəb Tayyib Ərdoğan və onun əsas rəqibi, müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlunun səsləri yaxındır. Bu barədə Türkiyənin "Hürriyet" qəzeti yazır.
Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğan, "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və "Ata İttifaqı"nın namizədi Sinan Oğandır. Namizədlərdən heç biri 50%-dən çox səs toplaya bilməsə, seçkilərin ikinci turu mayın 28-də keçiriləcək.
"Seçkilərin birinci turda bitmə ehtimalı 50 faizdən də azdır. Ərdoğan bir az irəlidə görünür. Səs faizləri o qədər yaxındır ki... Xaricdə səsvermə gözləniləndən daha həlledici olacaq. Məhərrəm İncənin səslərində bir qədər azalma var. Sinan Oğanın səslərində cüzi artım var", - deyə "Hürriyet"in məqaləsində qeyd olunub.