May 07, 2023 20:08 Asia/Baku
  • Kılıçdaroğlu seçki öncəsi “böyük layihəsi”ni təqdim edib

Türkiyədə Millət İttifaqından prezidentliyə namizəd, CHP lideri kamal Kılıçdaroğlunun canlandıracağını vəd etdiyi “Yeni İpək Yolu” haqda məlumatı və təqdim etdiyi xəritə Azərbaycan hakimiyyətini şoka salıb.

SəhərAzəri-nin məlumatına görə, Bu xəritəyə əsasən Kılıçdaroğlunun canlandırmağı hədəflədiyi “Yeni İpək Yolu” Azərbaycandan keçmir. 5,5 min km-lik quru yolu İranın Təbriz və Tehran şəhərlərini, Türkmənistan paytaxtı Aşqabadı, Özbəkistan paytaxtı Daşkəndi və Qazaxıstanda Almatını keçərək, Çinə birləşir.

Beləliklə, Kılıçdaroğlu İpək Yolu layihəsindən Azərbaycan Respublikasını çıxarır və bunu açıqca elan da edir.

Axar.az portalı Kılıçdaroğlunun hazırladığı xəritə barədə yazır ki, bu halda Zəngəzur dəhlizindən ümumiyyətlə söz etməyə dəyməz. Çünki Zəngəzur dəhlizi bu layihənin bir hissəsi kimi nəzərdən keçirilir.

Politoloq Turab Rzayev isə Axar.az ilə müsahibədə deyib ki, Kılıçdaroğlu seçilərsə, hətta Orta Dəhlizi, onun Azərbaycan ayağını və Bakı-Tiflis-Qars marşrutunu da unutmaq lazım gələcək.

 

Teqlər