Yan 04, 2024 12:18 Asia/Baku
  • Ankara CAR-ın təşəbbüsünü alqışladı

Türkiyə Cənubi Afrika Respublikasının (CAR) sionist İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsinə müraciətini müsbət qarşılayır.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bu haqda deyib: “Ankara CAR-ın 1948-ci ildə qəbul edilən “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” çərçivəsində öhdəliklərin pozulması ilə bağlı İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsinə müraciətini alqışlayır. İsrailin son 3 ay ərzində Qəzzədə törətdiyi qətliamlar cəzasız qalmamalı və günahkarlar beynəlxalq hüquq qarşısında cavab verməlidir”.

Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi ümidvarlığını bildirib ki, Bu prosesin ən qısa zamanda müsbət tamamlanacaq. Buna görə də Beynəlxalq Ədalət Məhkəməsinin İsrailə Qəzzəyə hücumlarını dayandırmağı tələb edən müvəqqəti qərar verməsi gözlənilir və Türkiyə bu qərarın icrasını təqib edəcək.