AKP-nin İstanbul Bələdiyyə sədirliyinə namizədi təqdim olunub
https://azeri.sahartv.ir/news/türkiyə-i407325-akp_nin_İstanbul_bələdiyyə_sədirliyinə_namizədi_təqdim_olunub
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədi məlum olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 08, 2024 08:04 Asia/Baku
  • AKP-nin İstanbul Bələdiyyə sədirliyinə namizədi təqdim olunub

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədi məlum olub.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiyanın şəhər başçılığına namizədin təqdimat mərasimində çıxışı zamanı deyib.

O, namizədin millət vəkili Murat Kurum olduğunu deyib.

M.Kurum daha əvvəl ölkənin şəhərsalma və iqlim dəyişikliyi naziri vəzifəsində çalışıb.

Türkiyədə bələdiyyə seçkiləri mart ayında keçiriləcək.