Fev 03, 2024 12:44 Asia/Baku
  • Daha 7 Mossad agenti ələ keçirildi

Türkiyədə sionist İsrailin Kəşfiyyat Xidməti “Mossad”la əməkdaşlıq edən şəxslər saxlanılıb.

Bu barədə yerli mətbuata təhlükəsizlik strukturlarındakı mənbə bildirib.

Qeyd olunub ki, daha əvvəl İstanbul və İzmirdə saxlanılan 7 nəfərin işi üzrə araşdırma başlayıb. Onlar “Mossad”a üçüncü şəxslərin məlumatlarını ötürməkdə şübhəli bilinirlər.

Xatırladaq ki, bu yaxınlarda mərkəzi İstanbul olmaqla Türkiyənin səkkiz vilayətində İsrail Kəşfiyyat Xidməti üçün casusluq fəaliyyəti ilə məşğul olduğu hesab edilən şəxslərə qarşı əməliyyat keçirilib.

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində İsrail Kəşfiyyat Xidmətinin Türkiyədə yaşayan xarici vətəndaşlara qarşı kəşfiyyat, təqib, hücum məqsədləri olduğu müəyyən edilib.

Məlumata əsasən, casusluq fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən 46 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, onlardan 33-ü saxlanılıb.