Türkiyə MİT-i MOSSAD-ı iflic edir
Mart 05, 2024 12:18 Asia/Baku
Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) və İstanbul Polisinin Terrorla Mübarizə Şöbəsi keçirdikləri birgə əməliyyat zamanı İsrailin kəşfiyyat orqanına (MOSSAD) işləyən 7 casusu yaxalayıb.
Saxlanılan şəxslərdən birinin televiziya kanalında proqramlara qatılan və özəl detektiv işləyən Həmzə Turhan Ayberk olduğu müəyyən edilib.MOSSAD-ın "Viktoriya" kod adlı agenti özəl detektiv Həmzə Turhan Ayberklə əlaqə saxlayıb. Ayberk ilk dəfə İsrail rejimi Məxfi Xidməti tərəfindən sadə tapşırıqlar üçün istifadə edilib.O, 2019-cu ildə MOSSAD tərəfindən Belqradda görüləcək işlərlə bağlı təlim keçib.