Noy 21, 2024 13:46 Asia/Baku

Azərbaycan vətəndaşı 32 yaşlı Şəlalə Mirzəli Bahçivan küçəsində hərəkətdə olarkən keçmiş sevgilisi tərəfindən güllələnib. Xəstəxanaya çatdırılan qadın orada vəfat edib.İnsidenti törətməkdə şübhəli bilinən 45 yaşlı Alaattin A. qaçsa da, polis tərəfindən saxlanılıb.

Hadisə yerindən 6 giliz götürülüb.Bildirilir ki, Şəlalə Mirzəli mağazada işləyirmiş. O, əvvəllər ailəli olub, daha sonra isə boşanaraq Alaattin ilə sevgi münasibəti yaşayıb. Hadisə o, dünən səhər saatlarında işə gedərkən baş verib.

Teqlər