Fev 19, 2025 13:49 Asia/Baku
  • Zelenski: ABŞ bizə lazımi dəstəyi vermir

Ukrayna Prezidenti Vladimir Zelenski Ankarada türkiyəli həmkarı Rəcəb Təyyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında Qərbdən şikayətlənib.

O bildirib ki, ABŞ Ukraynaya lazım olan dəstəyi vermir. Bəzi Qərb ölkələri onun NATO-ya üzvlüyünü dəstəkləmir.

Bu arada beynəlxalq media xəbər verir ki, ABŞ və Rusiya təmsilçilərinin Ər-Riyadda keçirilən görüşü nəticəsiz bitib

TASS agentliyinin yazdığına görə, mövqelərin hər hansı yaxınlaşmasından danışmaq çətindir. Buna baxmayaraq, ikitərəfli münasibətlərin əsas məsələləri müzakirə olunub.

Moscow Times yazır ki, Rusiya və Birləşmiş Ştatlar ikitərəfli münasibətləri inkişaf etdirmək barədə razılığa gəliblər və həm Moskva, həm də Vaşinqton bunda maraqlıdır.