Türkiyə ələvilərin aksiyasına qadağa qoydu
Mart 09, 2025 19:17 Asia/Baku
Türkiyə ələviləri Suriyada üsyançılar hökumətinin qətliamlarına qarşı etiraz aksiyası keçirməyə çağırış etdiyi bir şəraitdə Ankara bu gün Suriya konsulluğu qarşısında istənilən aksiyanı qadağan edib.
İstanbulun Şişi bölgəsinin Qubernatorluğu bildiriş yayaraq, Suriya konsulluğunun yerləşdiyi bu bölgədə istənilən yığıncaq və aksiyanın martın 9-dan 11-dək üç gün müddətinə qadağan edildiyini açıqlayıb. Bu açıqlama Türkiyə ələvilərinin Suriya ələvilərinə dəstək məqsədilə Dəməşq konsulluğu qarşısında nümayiş keçirməyə çağırış etmələrinndən sonra verilib.Suriyanın yeni hökumətinə bağlı üsyançıları son günlər ölkənin qərbində keçmiş hökumətə sadiq olduqlarını iddia edərək mülki ələvilərə qarşı qırğına başlayıblar və yüzlərlə insanı şəhid ediblər.