Mart 26, 2025 14:46 Asia/Baku
  • İstanbul məhkəməsi 7 jurnalistin həbsinə qərar verib

"France Press" xəbər agentliyinin foroqrafı da daxil olmaqla 7 jurnalist Türkiyə məhkəməsi tərəfindən etiraz aksiyalarında iştirak ittihamı ilə həbs cəzasına məhkum edilib.

İnsan haqları üzrə Qeyri Hökumət Təşkilatı və Türkiyə Jurnalistlər Birliyi çərşənbə axşamı bildiriblər ki, İstanbul məhkəməsi "France Press"-in fotoqrafı da daxil olmaqla yeddi türk jurnalisti icazəsiz toplantılarda iştirak ittihamı ilə məhkəməyə qədər həbs cəzasına məhkum edib. 

Türkiyə polisi İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsindən sonra başlayan etiraz aksiyalarını işıqlandıran jurnalistləri saxlayır. 

Türkiyə hakimiyyəti bazar ertəsi səhər tezdən üç böyük şəhərdə nümayişləri qadağan edilbər, lakin qadağaya baxmayaraq, Türkiyə şəhərlərində etirazlar aksiyaları keçirilir və 1400 etirazçı saxlanılıb. 

Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatı İstanbulun bələdiyyə sədrinin həbsinə qarşı keçirilən etirazlar fonunda Türkiyənin kütləvi həbslərə əl atmasından  narahatlığını bildirib və xəbərdarlıq edib ki, etirazçılara qarşı qanunsuz güc tətbiqini araşdıracaq.