Apr 07, 2025 13:16 Asia/Baku
  • Türkiyə müxalifətinin lideri növbədən kənar seçkilərə çağırıb

İstanbul bələdiyyə sədrinin həbsindən sonra artan etirazlar fonunda Türkiyənin əsas müxalifət partiyası tonunu şiddətləndirib və “ən gec noyabra qədər” növbədənkənar seçkilərin keçirilməsini tələb edib.

İstanbul bələdiyyə sədrinin həbsinə etirazların başlanmasından 10 gün sonra Türkiyənin ana müxalifət partiyasının sədri ötən gün fövqəladə bir qurultay çərçivəsində seçki qutularına qayıtmağa və ən gec noyabra qədər növbədənkənar seçkilərin keçirilməsinə çağırıb. 

Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl Rəcəb Tayyib Ərdoğana xitabən deyib: "Ən gec noyabr ayında namizədimizlə üz-üzə gələcəksiniz. Sizi bir daha xalqın iradəsinə müraciət etməyə dəvət edirik. Biz sizə meydan oxuyacağıq". 

O, əlavə edib: Namizədimizin yanımızda və seçki qutularının qarşımızda olmasını istəyirik". 

Özəl davam edib: "Əgər cəsarətiniz varsa, seçki keçirin. Əgər istəyirsizsə. Cümhuriyyət Xalq Partiyası hakim partiyaya qarşı çevriliş “çevriliş” kimi qiymətləndirdiyi hadisəni pisləyib.

Bu il martın axırlarında Türkiyədə son on ilin ən böyük etiraz aksiyaları Ərdoğanın ölkədəki ən görkəmli siyasi rəqibi sayılan İmamoğlunun həbsi ilə başladı. Etirazçılar, müxalifət partiyaları, Avropa liderləri və insan haqları qrupları Türkiyə hökumətinin İmamoğlunu həbs etmək addımını siyasi və qeyri-demokratik addım kimi qiymətləndirdilər.  

O vaxtdan bəri yüz minlərlə Türkiyə vətəndaşı hər axşam ölkə boyu meydanlarda, küçələrdə, universitetlərdə toplaşaraq, Ərdoğana qarşı şüarlar səsləndirir və təkcə İmamoğlunun azadlığa buraxılmasını deyil, həm də bu ölkədə ədalətin bərqərar olmasını və vətəndaşların hüquqlarına hörmət edilməsini tələb edir.

Əsas müxalifət fiqurlarından biri və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana potensial rəqib olan İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu martın 19-da korrupsiya və terrorçuluq ittihamı ilə saxlanıldı. 

İmamoğlunun həbsi onun Cümhuriyyət Xalq Partiyası tərəfindən 2028-ci ildə keçiriləcək  Türkiyə prezident seçkilərinə namizədliyini irəli sürməsindən 4 gün əvvəl baş verdi. 

Buna baxmayaraq, CHP İmamoğlunun prezidentliyə namizədliyini onun həbs olunmasından sonra da elan etdi.

Ərdoğanı tənqid edənlər İmamoğlunun həbs edilməsinin məhz onun prezident seçkilərinə namizədliyini əngəlləmək məqsədilə həyata keçirildiyini bildirirlər.

Ərdoğan bundan əvvəl Cümhuriyyət Xalq Partiyasının rəhbərini bu partiyanı "puldan kor olmuş bir ovuc bələdiyyə oğrusuna bəraət qazandıran bir aparata” çevirməkdə ittiham edib.