Türkiyə hökuməti İsrail rejimi ilə danışıqlara aydınlıq gətirir
“Bu təmas tərəflər arasında siyasi danışıqların başlaması demək deyil”
Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz Antalya Diplomatik Forumunda keçirilən panel müzakirəsi zamanı Bakıda İsrail və Türkiyə arasında aparılan danışıqların mahiyyətinə aydınlıq gətirib.
Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz Antalya Diplomatik Forumunda keçirilən panel müzakirəsi zamanı Bakıda İsrail və Türkiyə arasında aparılan danışıqların mahiyyətinə aydınlıq gətirib.Hökumət rəsmisi bildirib ki, danışıqlar texniki xarakter daşıyıb, heç bir diplomat iştirak etməyib və əsas məqsəd Suriya ərazisində tərəflər arasında mümkün hərbi toqquşmanın qarşısını almaq olub.Nuh Yılmaz deyib: “Bu təmas tərəflər arasında siyasi və ya diplomatik danışıqların başlaması demək deyil. İsraillə Türkiyə arasında münasibətlərin normallaşması yalnız Qəzzədə soyqırımın dayandırılması və atəşkəsin təmin edilməsindən sonra müzakirə oluna bilər”.Diplomat həmçinin əlavə edib ki, İsrailin məqsədi “Suriya ərazisində xaos yaratmaqdır”. Onun sözlərinə görə, bu yolla yəhudi dövləti Suriyadakı hərbi mövcudluğunu qanuniləşdirməyə çalışır.Xatırladaq ki, Azərbaycan Respublikasının paytaxtında İsrail və Türkiyənin nümayəndə heyətləri arasında keçirilən danışıqlar nəticəsiz başa çatıb. Rəsmi Bakının vasitəçiliyi ilə başladılan bu dialoqun əbəs bir hərəkət olduğunu əlbəttə əvvəlcədən gözləmək olardı. Çünki türk xalqının işğalçı rejimə nə dərəcədə nifrət etdiyini və ötən iki ildə Fələstin xalqı ilə həmrəyliyini bütün dünya görmüşdür. Və Ərdoğan hökuməti də insanların bu hissiyyatına müğayir hərəkət edə bilməzdi. Türkiyənin Qəzzə qətliamları zamanı sionist rejimlə iqtisadi və diplomatik əlaqələrə xitam verməsi məhz bu prosesdən qaynaqlanır.Türkiyənin dövlət başçısı Rəcəb Təyyib Ərdoğan Antalya Diplomatik Forumunun açılış mərasimində demişdir: “İsrail son bir il yarımdır ki, Fələstin xalqına qarşı açıq-aşkar soyqırımı törədir, ən elementar insan haqlarına məhəl qoymur və beynəlxalq hüququ tapdalayır. Buna qarşı səsimizi ucaltmaq, bu zülmə etiraz etmək, ona ən sərt reaksiyanı vermək təkcə bizim qardaşlıq borcumuz deyil, həm də insani borcumuz, insanlığımızın tələbidir. İsrailin qırğınlarına susmaq bu cinayətə ortaq olmaq deməkdir”.