İstanbul merinin həbsindən sonra yaranmış siyasi münaqişə səngimək bilmir
Türkiyə müxalifəti növbədənkənar seçkilər istəyir
İstanbul merinin həbsindən sonra yaranmış siyasi münaqişə səngimək bilmir, müxalifət iqtidara meydan oxuyur.

Bu məlumata əsasən, müxalifətin növbədənkənar prezident seçkiləri ilə bağlı elan etdiyi kampaniya çərçivəsində 10 milyondan çox imza toplanıb.Samsun vilayətində keçirilən mitinqdə ana müxalifət, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl məlumat verib.
Müxalifət lideri bildirib: “Növbədənkənar seçkilərin keçirilməsi üçün toplanan imzaların sayı 10 milyonu ötüb. Bununla belə, bizim daha böyük hədəfimiz var və buna birlikdə nail olacağıq”.
Türkiyə müxalifətinin qənaətincə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi sifarişlidir və iqtidar onun 2028-ci ilə seçkilərində ən şanslı namizəd olduğuna xatir uydurma ittihamlarla İmamoğlunu sıradan çıxarmaq qərarına gəlib.
Əkrəm İmamoğlu 19 mart 2025-ci ildə korrupsiya, rüşvət, çirkli pulların yuyulması və terrorizmə dəstək ittihamları ilə həbs edilib.
CHP seçkilərə potensial namizədinin siyasi motivlərlə həbs olunduğunu bildirərək qarşıdan gələn prezident seçkiləri üçün onun namizədliyini irəli sürüb.