Rusiya və Ukraynanın İstanbul görüşü başa çatdı;
Atəşkəs haqda razılıq olmadı
Mayın 16-da İstanbulda Rusiya ilə Ukrayna arasında keçirilən danışıqlar nəticəsiz qalıb.
Bu məlumata əsasən, iki saat davam edən danışıqlarda razılaşdırılan yeganə məsələ 1000 hərbi əsirin dəyişdirilməsi olub.
Bu, iki tərəf arasında müharibə başlayandan, yəni 2022-ci ildən bəri ilk belə görüşdür.
Danışıqlarda ABŞ dövlət katibi Marko Rubio, Trampın xüsusi nümayəndəsi və ABŞ-nin Türkiyədəki səfiri də iştirak edib.
Ukrayna tərəfini görüşdə Prezident Adminstrasiyasının rəhbəri, xarici işlər naziri, müdafiə naziri və Prezident Adminstrasiyasının rəhbərinin müşaviri təmsil edib.
Rusiya nümayəndə heyətində Prezidentin köməkçisi, xarici işlər nazirinin müavini, müdafiə nazirinin müavini və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi olub.
İki saat davam edən danışıqlardan sonra bildirilir ki, tərəflər atəşkəs barədə razılığa gəlməyiblər.
Rusiya tərəfi danışıqlardan məmnun qaldığını bildirib və gələcək müzakirələrə hazır olduqlarını açıqlayıb.
Ukrayna isə danışıqların nəticəsiz qaldığını və Rusiya tərəfindən irəli sürülən şərtlərin “qəbuledilməz” olduğunu bildirib.
Sülh danışıqları ilə bağlı təşəbbüs mayın 11-də Rusiya Prezidenti Vladimir Putindən gəlsə də, özü danışıqlara qatılmayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski də Putin gəlmədiyi üçün danışıqlarda iştirak etməyib.