May 22, 2025 10:38 Asia/Baku
  • Bu vandallığa son qoy, təqsirkarları dərhal cəzalandır!

Diplomatların həyatını təhlükə altına atan bu hücum İsrailin beynəlxalq hüquq və insan hüquqlarına sistematik şəkildə məhəl qoymamasının növbəti təzahürüdür.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sionist rejim əsgərlərinin diplomatları atəşə tutması haqda bəyanatında bildirilib.Nazirlik onu da qeyd edib ki, nümayəndə heyətinin tərkibində Qüdsdəki konsulluğunun diplomatı da olub.Ankara dərhal araşdırma aparılmasını və məsul şəxslərin cəzalandırılmasını tələb edib.Qeyd efək ki, sosial şəbəkələrdə hadisənin görüntüləri yayılıb. Sionist media işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərində xarici diplomatların səfəri zamanı qəsbkar rejim əsgərlərinin "havaya xəbərdarlıq atəşi" açdığını iddia edir. Lakin diplomatlar İsrail əsgərlərinin onlara atəş açdığını bildirirlər.Bundan öncə Fransa XİN bəyanat yayaraq, hadisəni pisləmişdi.