Pakistan və Türkiyənin birgə kəşfiyyat əməliyyatı nəticəsində İŞİD üzvü ələ keçirildi
İyun 01, 2025 18:46 Asia/Baku
Pakistanın Geo News telekanalı xəbər verir ki, Pakistan Hərbi Kəşfiyyat İdarəsi (ISI) və Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MIT) tərəfindən birgə keçirilən əməliyyat zamanı İŞİD terror qruplaşmasının bir komandiri Pakistan-Əfqanıstan sərhədində saxlanılıb. Saxlanılan şəxsin kimliyi "Əbu Yasir ət-Türki" olaraq açıqlanıb. Bildirilir ki, o, Əfqanıstana girdikdən sonra həbsxanadan qaçmışdı.