Avq 18, 2025 15:05 Asia/Baku
  • Tramp marşrutu Türkiyənin maraqlarına cavab vermir - AKTUAL

Türkiyədə bəzi analitiklər hesab edirlər ki, Tramp marşrutu ABŞ-ın təşəbbüsü və Tramp administrasiyasının dəstəyi ilə gündəmə gəlirsə, bu, Türkiyənin maraqlarını zərbə altında qoya bilər.

Tənqidçilər deyirlər ki, Ankara ABŞ layihəsini tam dəstəkləsə, Moskva ilə tarazlıq pozulacaq. Digər tərəfdən Ankara indiyə qədər Cənubi Qafqazda əsas regional oyunçu olmaq istəyirdisə, dəhliz ABŞ brendinə çevrilərsə, Türkiyənin vasitəçilik və nəqliyyat qovşağı kimi önəmi kölgədə qala bilər.

Türkiyəli analitiklər onu da bilirlər ki, İran İslam Respublikası açıq şəkildə Tramp marşrutunun əleyhinədir və sərhədin dəyişdirilməsi, yaxud Amerikanın Cənubi Qafqazda möhkəmlənməsi ilə barışmaq istəmir. Ona görə də, əgər Ankara bu layihəyə çox açıq dəstək verərsə, İranla münasibətlərdə ciddi gərginlik yaşana bilər.

Tənqidi baxışda olan ekspertlər deyirlər ki, Ankara üçün ən məntiqli yol dəhlizi yalnız ABŞ-ın himayəsinə buraxmamaq, Rusiya və regional oyunçularla balanslı şəkildə irəli aparmaqdır. Yəni “tamamilə Tramp marşrutu”na bağlanmaq Türkiyə üçün strateji risklər doğurur.

Beləliklə də Türkiyənin siyasi dairələrində və mediada bu layihə “imkan” kimi deyil, daha çox “riskli oyun” kimi müzakirə olunur.