Türkiyə Netanyahunun erməni soyqırımı ilə bağlı açıqlamalarına reaksiya verib
https://azeri.sahartv.ir/news/türkiyə-i421398-türkiyə_netanyahunun_erməni_soyqırımı_ilə_bağlı_açıqlamalarına_reaksiya_verib
Sionist rejimin baş naziri bir müsahibədə 1915-ci ildə osmanlı imperiyası zamanı baş verən hadisələrlə bağlı deyib: "20-ci əsrin əvvəllərində osmanlı imperiyasının ermənilərə, assurlara və yunanlara qarşı törətdiyi soyqırımı rəsmən tanıyıram".
(last modified 2025-08-27T10:12:36+00:00 )
Avq 27, 2025 14:10 Asia/Baku
  • Türkiyə Netanyahunun erməni soyqırımı ilə bağlı açıqlamalarına reaksiya verib

Sionist rejimin baş naziri bir müsahibədə 1915-ci ildə osmanlı imperiyası zamanı baş verən hadisələrlə bağlı deyib: "20-ci əsrin əvvəllərində osmanlı imperiyasının ermənilərə, assurlara və yunanlara qarşı törətdiyi soyqırımı rəsmən tanıyıram".

Türkiyə Xarici İşlər Nazirliyi bir bəyanatda sionist rejimin baş naziri Binyamin Netanyahunun 1915-ci il hadisələri ilə bağlı açıqlamasını qınayıb və rədd edib. 

Bəyanatda deyilir: "Netanyahunun 1915-ci il hadisələri ilə bağlı bəyanatı keçmişdə baş vermiş acı hadisələrdən siyasi səbəblərdən istifadə etmək cəhdidir. Fələstin xalqına qarşı törədilən soyqırımdakı roluna görə mühakimə olunan Netanyahu, özünün və hökumətinin törətdiyi cinayətləri ört-basdır etməyə çalışır".

Nazirlik tarixi və hüquqi faktlara uyğun gəlməyən bu bəyanatı pislədiyini və rədd etdiyini bildirib.