Sionist İsrailin türk ölkəsinə qarşı avantürası;
Yunanıstana yeni hərbi avadanlıq təklif edilib
Müsəlman ölkələrinin qatı düşməni olan sionist İsrail rerjimi Yunanıstana adalarda istifadə üçün pilotsuz uçuş aparatları da daxil olmaqla hava hücumundan müdafiə sistemləri təklif edib.
Bu məlumata əsasən, İsrail və Yunanıstan arasında Türkiyəyə qarşı hərbi əməkdaşlıq dərinləşir. Afinada çıxan Kathimerini qəzeti İsrailin Yunanıstana hava hücumundan müdafiə sistemlərini, o cümlədən adalarda istifadə üçün “qatil dronları” təklif etdiyini yazıb.
Qəzetin yazdığına görə, İsrail Afinaya uzun müddətdir müzakirə edilən “Spyder All in One” hava hücumundan müdafiə sistemindən əlavə, adaların mürəkkəb coğrafi quruluşuna uyğun əlavə sistemlər təklif edib.
Yunanıstan Silahlı Qüvvələrinin bu təklifi dəyərləndirdiyi bildirilir.
Məlumatda həmçinin qeyd olunub ki, İsrail şirkətləri hətta kiçik, kimsəsiz adalarda belə asanlıqla yerləşdirilə bilən, batareya ilə işləyən, məlumat toplaya bilən və lazım gəldikdə potensial təhlükələrə cavab verə bilən yüksək texnologiyalı “qatil dronları” təklif edirlər.
Məlumatda Yunanıstanın köhnə hava hücumundan müdafiə sistemlərini yeniləməyə çalışdığı və pilotsuz uçuş aparatları sahəsində İsraillə əməkdaşlığı daha da genişləndirdiyi vurğulanıb.