Noy 29, -0001 23:34 Asia/Baku
  • İranın təhlükəsizliyi, Türkiyənin təhlükəsizliyidir

Biz İran İslam Respublikasını öz evimiz hesab və iki ölkə əlaqələrinin genişləndirilməsinə təkid edirik. Bunu,Türkiyə Respublikasının müdafiə nazirinin müdafiə və təhlükəsizlik məsələləri üzrə müavini bildirib.

İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat və təhlükəsizlik məsələləri üzrə rəis müavini Türkiyənin və onun rəsmilərinin sionist rejimin İrana qarşı təcavüzlərini pisləmək üzrə mövqelərinə görə təşəkkür edib. Vurğulayıb ki, İran İslam Respublikasının prinsipial siyasəti, Türkiyə ilə qardaşcasına əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsidir.

O, qeyd edib ki, Türkiyənin təhlükəsizliyi və sabitliyi İran İslam Respublikası üçün önəmlidir.

İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat və təhlükəsizlik məsələləri üzrə rəis müavininin dəvətilə ölkəmizə səfər edən general-leytenant İlkay Altındağ, bu görüşdə İran İslam Respublikasının təhlükəsizliyini Türkiyənin təhlükəsizliyi adlandırıb.

Biz İran İslam Respublikasını öz evimiz hesab/ və iki ölkə əlaqələrinin genişləndirilməsinə təkid edirik- deyə, türkiyəli hərbi rəsmi vurğulayıb.

Görüşdə tərəflər/ hərbi heyətlər mübadiləsi, hərbi təlimlərin keçirilməsi, hərbi əlaqə və əməkdaşlıqların genişləndirilməsi, birgə təhdidlər, sərhəd məsələləri və region olayları da daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar