Ankara Bakı ilə gərginliyin artmasından narahatdır
https://azeri.sahartv.ir/news/türkiyə-i423832-ankara_bakı_ilə_gərginliyin_artmasından_narahatdır
Türkiyənin “Cumhuriyet” qəzeti yazır ki, Azərbaycanda məktəblərdə hicabla bağlı məhdudiyyətlərə Türkiyədə dini icmaların və islamçı təşkilatların etirazları AKP hakimiyyətində narahatlıq yaradıb. Hakimiyyət seçici elektoratının hicab həssaslığı ilə Azərbaycanla diplomatik münasibətləri qorumaq arasında çətin seçim qarşısında qalıb.
(last modified 2026-11-02T13:18:34+00:00 )
Noy 02, 2026 17:16 Asia/Baku
  •   Ankara Bakı ilə gərginliyin artmasından narahatdır

Türkiyənin “Cumhuriyet” qəzeti yazır ki, Azərbaycanda məktəblərdə hicabla bağlı məhdudiyyətlərə Türkiyədə dini icmaların və islamçı təşkilatların etirazları AKP hakimiyyətində narahatlıq yaradıb. Hakimiyyət seçici elektoratının hicab həssaslığı ilə Azərbaycanla diplomatik münasibətləri qorumaq arasında çətin seçim qarşısında qalıb.

Qəzetin dərc etdiyi məqalədə bildirilir ki, Türkiyədə Cübbəli Əhməd kimi tanınan Əhməd Mahmud Ünlü və İhsan Şenocak Azərbaycan hakimiyyətinin qərarlarını tənqid ediblər.Oktyabrın 3-də və 13-də Azərbaycanın İstanbul Baş konsulluğu və Ankara səfirliyi qarşısında etiraz aksiyaları keçirilib.Aksiyalarda hicabla bağlı məhdudiyyətlərlə yanaşı, İlham Əliyev hakimiyyətinin İsraillə münasibətləri də tənqid olunub.Məqalədə qeyd edilir ki, Azərbaycan Türkiyədə yaşayan 7 nəfər barəsində qiyabi həbs və beynəlxalq axtarış qərarı çıxarıb, 31 Türkiyə vətəndaşının isə ölkəyə girişini qadağan edib.Həmçinin Azərbaycandakı hicab məhdudiyyətlərinə etiraz edən şəxslər Türkiyədə də istintaqa cəlb olunub.Prezidentin baş müşaviri Oktay Saralın vəzifəsindən ayrılması da mübahisələrin Türkiyə Prezident Administrasiyasına qədər uzandığını göstərən hadisə kimi təqdim edilir.“Cumhuriyet” yazır ki, AKP daxilində dini icmaların və islamçı təşkilatların etirazlarının Bakı ilə münasibətlərə zərər vurmasından narahatlıq var.Qəzetin məlumatına görə, hakimiyyət gərginliyi azaltmağa çalışır və hicabla bağlı mübahisənin iki ölkə arasında uzunmüddətli siyasi qarşıdurmaya çevrilməsini istəmir.