Azərbaycanda bir neçə icra hakimiyyətinin başçısı korrupsiyaya görə işdən çıxarılıb.
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev 12 il azadlıqdan məhrum edilib.
Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun şəhid ailələrini qəbul etməməsi ilə bağlı görüntülər yayılıb.
Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluqla məşğul olan dövlət məmurlarını sərt şəkildə tənqid edib.
44 günlük müharibədə Tərtər rayonu əhalisinin evlərinə, təsərrüfatlarına dəymiş ziyanın doğru-dürüst müəyyən edilməsi və ödənilməsinə də səriştəsizlik və korrupsiya mane olub.