Xızı İcra Hakimiyyətində şəhid atalarına münasibət +VİDEO
https://azeri.sahartv.ir/news/azərbaycan-i388970-xızı_İcra_hakimiyyətində_şəhid_atalarına_münasibət_vİdeo
Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun şəhid ailələrini qəbul etməməsi ilə bağlı görüntülər yayılıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
May 11, 2022 08:29 Asia/Baku
  • Xızı İcra Hakimiyyətində şəhid atalarına münasibət +VİDEO

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun şəhid ailələrini qəbul etməməsi ilə bağlı görüntülər yayılıb.

SəhərAzəri-nin məlumatına əsasən, yayılan videoda icra başçısı qəbula gələn şəhid valideynləri ilə maraqlanmaq istəmir. Həmçinin o da bəlli olur ki, şəhid ataları neçənci dəfədir ki, icra başçısı ilə görüşmək istəyirlər və bu heçvaxt alınmır.

Şəhid atasının sözlərinə görə, o, üç dəfə İcra Hakimiyyətinə gəlsə də, onu qəbul etməyiblər: “? Mən İsayev Şakir Alik oğluyam. Şəhid Alik İsayevin atasıyam. Dəfələrlə gəlmişik bura, qəbul etməyib. İndi də kollektiv gəlmişik. Burada məndən başqa 9 şəhid atası var. Başçı 1 il 7 aydır heç birimizin qapısını açmayıb”.

Qafqazinfo yayılan video ilə bağlı Xızı RİH-lə əlaqə saxlayıb və bildirilib ki, videoda görünənlərdən sonra icra başçısı şəhid atalarını qəbul edib və onlarda razı şəkildə gediblər.