May 26, 2017 12:03 Asia/Baku
  • Avropa ölkələri Türkiyə prezidentini tənqid ediblər
    Avropa ölkələri Türkiyə prezidentini tənqid ediblər

Türkiyə prezidenti Brüsseldə Fransa və Almaniya başçılıarının diplomatik gileylərilə üzləşibdir.

Vaşinqton Post qəzeti xəbər verib ki, Fransanın prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel NATO-nun Brüssel iclasının kənarında onların vətəndaşlarının Türkiyədə həbs olunmaları məsələsinə toxunaraq, Türkiyənin prezidenti Rəcəb Tayyıb Ərdoğanı tənqid ediblər.

"National Geographic" jurnalı ilə həmkarlıq edən fransız jurnalist və fotoqraf Matias Depardon mayın əvvəllərində Türkiyədə həbs olundu və bu ölkə hökumətinin hərəkətlərinə etiraz olaraq, aclıq aksiyası keçirir.

NATO iclasının kənarında Ərdoğanla görüşən Almaniya kansleri Angela Merkel Almaniya-Türkiyə əlaqələrinin kəskinliyindən danışıb.

Almaniya kansleri həmçinin bu görüşdə təqribən 100 gün bundan öncə Türkiyədə həbs olunmuş alman jurnalist Deniz Yusilin azad edilməsini istəyib.

 

Teqlər