Ərdoğan təhsil sistemini qınayan müxalifətə sərt reaksiya verdi
Türkiyə prezidenti hakim Ədalət və İnkişaf Partiyasının "İmam Xətib" mədrəsələrinə xüsusi diqqət göstərdiyini iddia edən müxalif partiyaları kəskin formada tənqdi edib.
İSNA-nın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bu ölkə hökumətinin İmam Xətib mədrəsələrinə xüsusi diqqət göstərdiyini iddia edən müxalifət partiyalarının iradlarına reaksiya olaraq ediyb: Biz bu kimi ittihamlar qarşısında dayanmalıyıq və belə bir təsəvvürə malik olanlar faşistdirlər.
Ərdoğan əlavə edib: Biz heç vaxt hər hansı bir addımın zorakılıq, təzyiq və hamısından daha önəmlisi ictimai və siyasi mühəndislik yolu ilə baş tutmasına icazə verməyəcəyik.
2017-ci ilə olan statistik məlumatlara görə, Türkiyədə İmam Xətib mədrəsələrinin sayı 4185 mədrəsə olub. Və bu məktəblərdə 1 milyon 250 min şagird təhsil almaqla məşğuldur.