Türkiyədə 30 mindən çox müəllim işdən qovulub
https://azeri.sahartv.ir/news/türkiyə-i274010-türkiyədə_30_mindən_çox_müəllim_işdən_qovulub
Türkiyənin Milli Təhsil Nazirliyi deyib: Son bir ildə Fətullah Gülənlə əlaqədə olmaq ittihamı ilə 33 min müəllim işdən qovulub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 24, 2017 04:19 Asia/Baku
  • İsmət Yılmaz
    İsmət Yılmaz

Türkiyənin Milli Təhsil Nazirliyi deyib: Son bir ildə Fətullah Gülənlə əlaqədə olmaq ittihamı ilə 33 min müəllim işdən qovulub.

İRİB-in verdiyi məlumata görə, türkiyəli nazir İsmət Yılmaz ötən il iyul ayında bu ölkədə baş verən uğursuz dövlət çevrilişindən sonrakı hadisələr barədə deyib: Türkiyə tarixində bu ölkə heç vaxt bu kimi problem yaşamamışdır. 

Türkiyə dövləti iddia edir ki, Gülən qrupu ölkənin məhkəmə sisteminə, hərbi, təhsil və digər dövlət sektorlarına nüfuz edərək 15 iyul dövlət çevrilişi planını təşkil etmişdir. 

Fətullah Gülən Türkiyə dövlətinin bu iddiasını rədd edir.