İyul 06, 2017 12:18 Asia/Baku
  • Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan France 24 telekanalı ilə eksklüziv müsahibədə deyib: ABŞ-ın əməkdaşlıq etdiyi terror qrupları bizim üçün daimi təhdiddir.

Türkiyədə çevrilişin müxaliflər, medialar və müstəqil qrupların repressiyası üçün bəhanəyə çevrilməsi və bu məsələnin Avropa ilə münasibətlərdə problemlər yaratmasına dair sualı cavablandıran Ərdoğan deyib: Avropa həmişə yanlış izahlar ardıncadır. Qərb hər şeydən öncə sadiq olmalıdır. Əgər onların öz ölkələrində çevrilişə cəhd olsaydı, belə deməzdilər. Lakin onlar terrorçuları öz ərazilərinə qəbul edir, yaşamaq imkanı verir və hətta onları güclü şəkildə dəstəkləyirlər. 

"Qərb yanlış izahlar tapmaq üçün cəhdlərə son qoymalıdır. Misal üçün mən Almaniyaya 4500 dosye göndərdim. Lakin indiyə qədər bu barədə heç bir izah və ya nəticə almamışam. Almaniyanın bəzi rəsmiləri bu ölkəyə gedən terrorçularla əlaqədədirlər. Bu rəsmilərin çox maraqlı izahları vardır. Mən bu məsələlərin bəyanı üçün yaranan hər bir fürsətdən istifadə edirəm. Bütün dünya bunu bilməlidir. Biz əldə etdiyimiz hər bir şəraitdə həqiqəti deyəcəyik. 8-lər qrupunun iclası da bizim üçün bir fürsət olacaqdır" -deyə Türkiyə prezidenti bildirib.

Ərdoğan davamında əlavə edib: 15 iyulda çevriliş üçün cəhd olduğu vaxtda hazırda Ədalət Yürüşünü təşkil edən şəxs, insanların küçələrə axışarkən aeroportdan qaçdı, Bakirköyə getdi və merin evinə sığındı. O şəxs ədalət ardınca deyil. 

Ərdoğan deyib: Hazırda Suriya və İraqda böhran çox ciddidir və biz belə bir böhranın bir gün Fars körfəzinin ətrafındakı ölkələrdə görünməsini istəmirik. Təyin olunan 13 şərt əslində bir dövlətin artıq dövlət olmaması ilə nəticələnir. Qətər müstəqil dövləti olan ölkədir və belə şərtləri qəbul edə bilməz. Türkiyə Qətərlə 2014-cü ildə müdafiə memorandumu imzalayıb. Bu memorandumda Türkiyənin Qətərdə baza yaratması qeyd olunub. Biz Qətərin bu müraciətinə müsbət cavab verdik. Əgər Qətər bizim öz hərbi bazamızı tərk etməyimizi istəyərsə, bu işdə heç bir şübhəyə yol verməyəcəyik. 

"ABŞ-la əməkdaşlıq edən terror qrupları bizim üçün daimi təhdiddir. YPG və PYD bu terror qruplarındandır. Mən bir daha Trampa deyirəm ki, biri PKK-nın siyasi qolu, digəri isə hərbi qolu olan bu qruplar terror təşkilatlarıdır. Biz dəfələrlə onların PKK ilə əlaqələrini sənəd və faktlarla göstərmişik. Lakin bu məsələni amerikalı dostlarımıza anlada bilməmişik. Hal-hazırda ABŞ-ın Suriyanın şimalında 7 hərbi bazası vardır. Ümumilikdə bu bölgədə 17 hərbi baza vardır. Həmin bazalarda ağır və yüngül silahlar vardır. Bu silahlar kimlərə verilib? YPG. Hal-hazırda ABŞ silahları İŞİD-in əlindədir. Hal-hazırda Türkiyə, Rusiya və İran bir-birinin kənarında çalışır və Astanada müzakirə aparmaqla məşğuldur. 

Teqlər