Pakistan və Türkiyə prezidentləri Trampın qərarına qarşı çıxdılar
https://azeri.sahartv.ir/news/türkiyə-i288507-pakistan_və_türkiyə_prezidentləri_trampın_qərarına_qarşı_çıxdılar
Türkiyə və Pakistan prezidentləri Donald Trampın Qüdsü İsrail rejiminin paytaxtı olaraq tanımasına qarşı çıxdıqlarını bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2017 08:26 Asia/Baku
  • Pakistan və Türkiyə prezidentləri Trampın qərarına qarşı çıxdılar
    Pakistan və Türkiyə prezidentləri Trampın qərarına qarşı çıxdılar

Türkiyə və Pakistan prezidentləri Donald Trampın Qüdsü İsrail rejiminin paytaxtı olaraq tanımasına qarşı çıxdıqlarını bildiriblər.

İRNA-nın məlumatına görə, Rəcəb Təyyib Ərdoğan və Məmnun Hüseyn cümə axşamı telefon söhbətində ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı olaraq tanımasını qınayaraq, Trampın bu tələsik qərarının Yaxın Şərqdə sülh və sabitliyə zərbə vuracağını deyiblər. 

Türkiyə prezidenti həmçinin deyib: Yaxın Şərqdə sülh və sabitliyin bərqərar edilməsinin yeganə yolu Qüdsün paytaxt olması ilə müstəqil Fələstin ölkəsinin təşkil edilməsidir.