Dek 29, 2017 18:57 Asia/Baku
  • Türkiyə ilə Rusiya arasında S-400 raket sisteminin təhvili barədə müqavilə imzalanıb
    Türkiyə ilə Rusiya arasında S-400 raket sisteminin təhvili barədə müqavilə imzalanıb

Türkiyə mediaları bildiriblər ki, bu ölkə və Rusiya S-400 raket sisteminin Ankaraya təhvil verilməsi barədə müqavilə imzalayıblar.

S-400 raket sisteminin Ankaraya təhvil verilməsi barədə Türkiyə və Rusiya rəsmiləri arasında imzalanmış müqavilənin təqribən iki milyard 500 milyon dollarlıq dəyəri vardır. Bu razılaşma Qərb ölkələrini nigaran edibdir.

Rusiya təqribən dörd ay bundan öncə Türkiyəyə iki milyard dollardan yuxarı dəyərdə olan iki ədəd S-400 raket sisteminin satılması ilə razılaşdı.

Türkiyə NATO-nun üzvlərindən biridir.

Türkiyə rəsmiləri bu qənaətdədirlər ki, bu hava hücumundan müdafiə sisteminin satın alınması onların önləyicilik qüdrətinin təkmilləşdirilməsi üçün zəruridir.

Teqlər