Ərdoğan ABŞ ilə əlaqələri kəsməklə hədələyib
Amerikada Türkiyə dövlət bankı olan Halk Bankın keçmiş müdir müavininin məhkum edilməsi barədə hökmün verilməsinin ardınca Türkiyə prezidenti ölkəsinin Amerika ilə əlaqələrinin kəsilməsi ehtimalından xəbər verib.
Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan ABŞ-ın məhkəmə sisteminin iddialarını rədd edərək, Türkiyənin həmin ölkə ilə olan ikitərəfli müqavilələrini ləğv etməklə hədələyib.
Çərşənbə günü bir ABŞ məhkəməsi Türkiyə dövlət bankı olan Halk Bankın keçmiş müdir müavinini məhkum etdi.
Ərdoğan bu hökm barədəki ilk bəyanında "Amerikanın Türkiyənin dövləti və iqtisadiyyatını şübhə altına almaq üzrə fitnəsi" adlı həmin işi tənqid edib.
O, deyib: Əgər bu hökm Amerika tərəfindən ədalətin dərk edilməsini göstərirsə, onda dünya məhvə məhkumdur. Ərdoğan deyib: Bu üsulla bizim ikitərəfli müqavilələrimiz öz etibarını itirəcəkdir.
Amerika məhkəməsi bir hökmdə Halk Bankın keçmiş müdir müavini Mehmet Hakan Atillanı İrana qarşı sanksiyaları saymamaq ittihamı ilə məhkum edib.
Bu məhkəmədə verilmiş bəzi şəhadətlər Türkiyə rəsmilərini, o sıradan Ərdoğanı hədəfə alıbdır.
Ankara bildiribdir ki, bu iş saxta sənədlər əsasında tənzim edilibdir.
Digər tərəfdən, Türkiyə xarici işlər nazirliyi bu hökmün verilməsindən sonra bir bəyanatda onu pisləyərək, həmin hökmü Türkiyənin daxili işlərinə misli görünməmiş bir müdaxilə adlandırıb.
Bu hökmün verilməsindən sonra xarici investorlar təşvişə düşüblər. Həmçinin Türkiyə lirəsinin qiymətində dəyişkənlik yaranıb.
Hakan Atilla İrana qarşı sanksiyaları saymamaq, Amerika banklarını aldatmaq və pulyumada ittiham olunur.