Türkiyə ölkə sərhədlərində hər hansı təhdid haqda xəbərdarlıq etdi
Yan 19, 2018 16:28 Asia/Baku
Türkiyə baş naziri xəbərdarlıq edib ki, ölkə ordusu Türkiyə sərhədlərində hər hansı təhdidə qətiyyətli şəkildə cavab verəcək.
İRNA-nın məlumatına görə, Binəli Yıldıım cümə günü paytaxt Ankarada etdiyi çıxışında deyib: Bu, Türkiyənin təbii, qanuni və beynəlxalq haqqıdır ki, öz sərhədləri və milli təhlükəsizliyini müdafiə etsin.
O əlavə edib: Sərhədlərdən kənardan Türkiyə əleyhinə həyata keçirilən hər hansı hücuma qarşılıq veriləcək.
Yıldırım sözlərinin davamında deyib: Suriyanın şimalında Fərat Qalxanı əməliyyatında məqsəd elə bu olmuşdur.
Türkiyə 24 avqust 2016-cı ildən Suriyanın şimalında Fərat Qalxanı əməliyyatını başlayıb və bildirib ki, Suriyanın şimalında 5 min kvadratkilometr ərazidə təhlükəsiz zona yaratmaq niyyətindədir.