Çavuşoğlu: Türkiyə Suriya dövləti üçün təhdid deyil
Türkiyə xarici işlər naziri ölkəsinin Suriya prezidenti Bəşşar Əsəd hökuməti üçün təhdid olmadığını deyib.
Türkiyədə çıxan Milliyyət qəzetinin internet səhifəsində yer alan məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TGRT Haber telekanalına verdiyi müsahibədə deyib: Türkiyə Suriya hökuməti ilə əlaqələrə malik olmasa da, bu, Əsəd hökuməti ilə ortaq maraqların olmaması anlamında deyil.
Çavuşoğlu əlavə edib: Bu gün həm Türkiyə həm də, Suriya YPG-nin Suriyanı parçalamaq niyyətində olduğu qənaətindədir. Və Ankara bu məsələnin həll edilməsi üçün Dəməşq hökuməti ilə müzakirələrin aparılmasını istəyir.
Çavuşoğlu həmçinin, Ankara və Vaşinqton arasında xüsusilə Suriya barəsində fikir ayrılıqlarının olduğunu etiraf edərək, deyib: Amerika bilərəkdən Suriyanın şimalında fəaliyyət göstərən və Türkiyənin təhlükəsizliyi üçün təhdid sayılan terrorçu qruplar ilə əməkdaşlıq edir.