Mart 03, 2018 18:23 Asia/Baku
  • Ankara kürd qrupları uşaqlardan sui-istifadədə ittiham edib
    Ankara kürd qrupları uşaqlardan sui-istifadədə ittiham edib

Türkiyə baş nazirinin müavini uşaqların terror qruplarına qoşulmaq üçün cəzb olunmalarını PKK və YPG-nin bəşəriyyətə qarşı cinayətlərindən biri adlandırıb.

Hakan Çavuşoğlu PKK və YPG-ni hərbi cinayətdə ittiham edərək, deyib: İŞİD terror qrupundan fərqlənməyən bu qruplar uşaqları zehni təmizləməyə məruz qoyaraq, onları terror əməliyyatları keçirməyə məcbur edirlər.

PKK otuz ildən çoxdur ki, Türkiyənin mərkəzi dövlətinə qarşı silahlı döyüş aparır.

2012-ci ilin dekabrında başlanmış Türkiyədə kürdlər məsələsinin həlli üzrə sülh prosesi 2015-ci ilin iyulunda bu ölkənin Suruç şəhərində baş vermiş partlayışdan sonra dayandırıldı və ondan sonra Türkiyə ordusu və PKK bir-birilərinin mövqelərinə qarşı hücumları bərpa ediblər.

Teqlər