Mart 08, 2018 20:25 Asia/Baku
  • Türkiyə İsveçdən Salih Muslimi həbs etməsini istəyib
    Türkiyə İsveçdən Salih Muslimi həbs etməsini istəyib

Bir türkiyəli rəsmi bildirib ki, PYD-nin sabiq lideri Salih Muslim Türkiyə tərəfindən təqib olunur; buna görə, İsveçdən Salih Muslimi həbs etməsini istəyibdir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Salih Muslimin İsveçə getməsinə toxunaraq, deyib ki, Türkiyə İsveç rəsmilərindən onu həbs etmələrini istəyibdir.

Çavuşoğlu deyib: Muslim haraya getmiş olsa da onu təqib edəcək və bu barədə lazımı addımları atacağıq.

Bununla belə, son zamanlar Salih Muslim Çexiya məhkəməsində hazır oldu və məhkəmə tərəfindən Türkiyənin vurduğu ittihamlar araşdırıldıqdan sonra günahsız sayılaraq, azad edildi.

2018-ci ilin fevralında Türkiyənin daxili işlər nazirliyi Salih Muslimin adını qara siyahıya daxil edərək, onun həbsi üçün mükafat təyin etmişdi.

Belə bir halda, Türkiyə dövləti Suriyanın şimalında yerləşən Afrin şəhərinin kürd yarımhərbçilərdən təmizlənməsi hədəfilə yanvarın 20-dən bir əməliyyata başlayıbdır.

Teqlər