Apr 05, 2018 10:03 Asia/Baku
  • Türkiyə Avstriya kanslerini irqçilikdə ittiham edib

Türkiyənin Avropa Birliyi üzrə naziri Avstriya kanslerini irqçilikdə ittiham edib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin Avropa Birliyi üzrə naziri Ömər Çelik dünən deyib: Avstriya hökuməti və kanslerinin anti-Türkiyə bəyanatları artıq əleyhdarlıqdan düşmənçiliyə keçib. 

Çelik Türkiyə palramentinin xarici əlaqələr komitəsində etdiyi çıxışında deyib: Avstriya kansleri Sebastian Kurz Türkiyəyə qaşrı düşmən mövqe sərgiləməklə " İrqçilədrən daha irqçi olub".

Çelik Kurtz və onun hökumətini riyakarlıqda ittiham edərək deyib: Türkiyənin Avropa Birliyinə üzvlüyü barədə müzakirələrin dayandırılmalı olduğu bildirilərkən eyni zamanda Türkiyə ilə digər sahələrdə əlaqələrin yaxşılaşdırılmasının vurğulanması Avropada söylənilən ən böyük yalandır. 

Türkiyə ilə Avstriya arasında əlaqələr 2016-cı ilin axırlarında Türkiyədə konstitusiyaya dəyişiklik üzrə referendum ərəfəsində bu ölkə rəsmilərinin Avstriyada təbliğak kampaniyalarına qoyulan qadağadan sonra gərginləşdi.  

Teqlər