Avq 17, 2018 10:30 Asia/Baku
  • Türkiyə Ümumdünya Ticarət Təşkilatına şikayət edib
    Türkiyə Ümumdünya Ticarət Təşkilatına şikayət edib

Türkiyənin ticarət naziri bildirib ki, Ankara Vaşinqtonun Türkiyəyə qarşı iqtisadi müharibə başlatdığına görə ABŞ-a qarşı Ümumdünya Ticarət Təşkilatında şikayət qaldırmaq prossesinə start verib.

İRNA-nın verdiyi məlumata görə, Türkiyənin ticarət naziri Rühsar Pekcan Türkiyə ixracatçıları şurası və Türkiyə xarici iqtisadi əlaqələr müəssisəsinin üzvləri toplusunda etdiyi çıxışında deyib: Türkiyənin ÜTT-nin qarşıdakı iclasında iştirak çağırışı Amerikanın nümayəndələrinə çatdırılıb. 

Pekcan Amerikanın Türkiyədən idxal edilən polad və alüminuma tarifləri iki qat artırmasına toxunaraq qarşılıqlı olaraq Türkiyənin də 22 amerka malına 533 milyon dollar dəyərində əlavə tarif tətbiq etdiyini bildirib. 

Türkiyəli nazir ölkəsinin digər ölkələrlə iqtisadi və ticarət əlaqələrini genişləndirməkdə davam edəcəyini vurğulayıb. 

 

Teqlər