İran-Türkiyə əlaqələri üzrə ali şuranın beşinci iclası keçirilib
İran-Türkiyə ali strateji əlaqələr şurasının beşinci iclası İran İslam Respublikası prezidenti Həsən Ruhani və Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğanın həmsədrliyi və iki ölkə nazirlərindən bir neçəsinin iştirakı ilə Ankarada keçirilib.
İran-Türkiyə ali strateji əlaqələr şurasının beşinci iclası bu gün İran prezidenti Həsən Ruhaninin Türkiyə prezident sarayında öz türkiyəli həmkarı Rəcəb Tayyıp Ərdoğan tərəfindən rəsmi şəkildə qarşılanmasından və prezidentlərin ikitərəfli müzakirələrindən sonra keçirilib.
İki ölkənin prezidentləri müxtəlif sənədləri imzaladıqdan sonra müştərək bir mətbuat konfransı keçirməli və müzakirələrin mehvərləri, eləcə də özlərinin müxtəlif sahələrdəki baxışlarını bəyan etməldirlər.
İran İslam Respublikasının prezidenti Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğanın rəsmi dəvəti ilə İran-Türkiyə ali strateji əlaqələr şurasının beşinci iclasında iştirak məqsədilə dünən gecə Ankaraya daxil olub.
Siyasi, iqtisadi və mədəni sahələrdə iki ölkə arasında bir neçə əməkdaşlıq sənədinin imzalanması, İran-Türkiyə iqtisadi-ticari konfransında iştirak, media mənsubları ilə mətbuat konfransı İran İslam Respublikası prezidentinin Türkiyə səfərinin ən mühüm proqramlarından elan olunubdur.