Ərdoğan səslərin yenidən sayılmasını istədi
Apr 02, 2019 09:40 Asia/Baku
-
Ərdoğan səslərin yenidən sayılmasını istədi
Türkiyə preizdenti Ankara bələdiyyə seçkilərinin nəticəsinə reaksiya olaraq səslərin yenidən sayılmasını istədi.
Hakim Ədalət və İnkişaf Partiyasının baş katibi Fateh Şahin də prezident Rəcəb Təyyib Ərdoğanın istəyinə işarə edərək, dedi: Ədalət və İnkişaf Partiyası Ankarada səslərin sayılması prosesinə etiraz edib.
Onun dediyinə görə, Ədalət və İnkişaf Partiyası səslərin yenidən sayılması ilə seçkilərin nəticəsinin bu partiyanın xeyrinə dəyişəcəyinə ümidvardır.
Ədalət və İnkişaf Partiyası Türkiyədə keçirilən bələdiyyə seçkilərində paytaxt Ankara ilə yanaşı İstanbul və İzmirdə də məğlub olub.