Türkiyənin Muş şehrində fövqəladə vəziyyət elan edildi
Apr 02, 2019 11:12 Asia/Baku
-
Türkiyənin Muş şehrində fövqəladə vəziyyət elan edildi
Türkiyə hökuməti bələdiyyə seçkilərinin ardınca gərginlik və iğtişaşın baş verməsini önləmək üçün Muş şəhərində 15 gün müddətinə fövqəladə vəziyyət elan etdi.
İRİB-nin bildirdiyinə görə, bu qərar hakim Ədalət və İnkişaf Partiyasının Muş şəhəri üzrə bələdiyyə seçkilərində qələbə çalmasının ardınca çıxarılıb.
Hakim Ədalət və İnkişaf Partiyasının namizədi səslərin 34.83%-in əldə edərək, Xalqların Demokratik Partiyasından olan rəqibini məğlub etməyi bacarıb.
Seçkilərin nəticəsinə əsasən Xalqların Demokratik Partiyasının namizədi 33.49% səslə seçkiləri uduzub.
Xalqların Demokratik Partiyası 2500 səs bülleteninin tutarsız olduğunu iddia edərək, seçkilərin nəticəsinə etiraz edib.