Çavuşoğlu: Türkiyə "S-400" raket sistemini alacaq
https://azeri.sahartv.ir/news/türkiyə-i338177-Çavuşoğlu_türkiyə_s_400_raket_sistemini_alacaq
Türkiyənin xarici işlər naziri çərşənbə günü ölkəsinin Rusiyadan "S-400" raket sistemi alacağını və bunun qəti olduğunu vudğuladı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 04, 2019 05:17 Asia/Baku
  • Çavuşoğlu: Türkiyə
    Çavuşoğlu: Türkiyə "S-400" raket sistemini alacaq

Türkiyənin xarici işlər naziri çərşənbə günü ölkəsinin Rusiyadan "S-400" raket sistemi alacağını və bunun qəti olduğunu vudğuladı.

İRİB-nin bildirdiyinə görə, Şimali Atlantika Alyansı NATO-nun xarici işlər nazirləri iclasında iştirak etmək üçün Vaşinqtonda səfərdə olan Mövlud Çavuşoğlu "S-400" raket sisteminin alınmasına dair Rusiya ilə müqavilənin imzalandığını və artıq bu mövzunun yekunlaşdığını dedi. 

M.Çavuşoğlu amerikalılara "S-400"lərin ABŞ və ya NATO üçün hansısa təhlükə yaratmadığından əmin olmaq üçün ekspertlər qrupu təşkil etmələrini tövsiyə edib. 

ABŞ hökuməti bazar ertəsi günü Türkiyənin Rusiyadan S-400 raket sistemi almasına reaksiya olaraq, F-35 qırıcılarının Ankaraya verilməsi prosesini durdurdu. 

Vaşinqton ötən aylar ərzində dəfələrlə Türkiyəyə Rusiyadan  "S-400" raket sistemi almasına dair xəbərdarlıq edib. 

ABŞ-ın Müdafiə Nazirliyi "Pentaqon"un sözçüsü Çarlz Samerz son zamanlar bir mətbuat konfransında Rusiyadan "S-400" raket sistemi almasının Türkiyə üçün mənfi nəticələrinin olacağını demişdi. 

Ötən aylarda Türkiyə - ABŞ münasibətləri artan gərginliyin şahidi olub. 

Türkiyə və Rusiya "S-400" raket sisteminə dair müqaviləni 2017-ci ilin dekabrında imzalayıblar. 

S-400 raket sistemi 5-60 kilometrlik məsafədə və 2-27 kilometrlik hündürlükdə olan taktiki və ballistik raketləri izləməyə və  eyni zamanda 72 raketi hədəfə doğru yönləndirməklə, onları məhv etməyə qadirdi. S-400 raket sistemi hazırda dünyanın ən modern raket müdafiə sistemlərindən biri sayılır. 

ABŞ Rusiyadan "S-400" raket sistemi alacağı təqdirdə Türkiyəni sanksiyalar ilə təhdid edir.