Apr 06, 2019 13:23 Asia/Baku
  • Ərdoğan ABŞ-a və Avropaya xəbərdarlıq edib
    Ərdoğan ABŞ-a və Avropaya xəbərdarlıq edib

Türkiyə prezidenti Amerika və Avropanı Türkiyənin işlərinə qarışmaqdan çəkinməyə çağırıb.

Rəcəb Tayyıp Ərdoğan dünən Qərb rəsmilərinin martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri barədəki sözlərinə reaksiyada bildirib ki, Amerika və Avropa Türkiyənin işlərinə qarışmağa çalışırlar.

Türkiyə prezidenti Avropa ölkələrinə və Amerikaya tövsiyə edibdir ki, hədlərini aşmasınlar və digər ölkələrin işlərinə qarışmaq siyasətlərinə son qoysunlar.

Teqlər