Sen 03, 2019 09:03 Asia/Baku
  • Türkiyə ABŞ-ı yenidən “S 400” almaqla hədələyib
    Türkiyə ABŞ-ı yenidən “S 400” almaqla hədələyib

Türkiyənin xarici işlər naziri deyib: Əgər Amerika “Patriot” sistemlərini təhvil verməkdən çəkinərsə, Ankara “S 400” raket sistemlərinin satın alınmasını davam etdirəcək.

Mövlud Çavuşoğlu Amerikanın müdafiə siyasətlərini tənqid edərək, vurğulayıb: Türkiyə elə bir ölkə deyildir ki, Amerikanın və ya digər bir ölkənin istəkləri əsasında ehtiyac duyduğu təchizatların satın alınmasından vaz keçmiş olsun.

Son aylarda “S 400” raket sisteminin satın alınması daxil olmaqla müxtəlif məsələlər üstündə Amerika ilə Türkiyə arasındakı gərginlik artıbdır.

Amerika son aylar dəfələrlə Türkiyəni hədələyərək bildiribdir ki, əgər Rusiyadan “S 400” raket sistemlərinin satın alınması müqaviləsini ləğv etməzsə, Vaşinqtonun sanksiyalarına məruz qalacaq və ya F-35 qırıcılarının Türkiyəyə satışına dair müqaviləni ləğv edəcək.

Vaşinqton iddia edir ki, “S 400” raket sistemlərinin Türkiyə ərazisində yerləşdirilməsi Amerikanın F-35 tipli stels qırıcısının zəif cəhətlərini üzə çıxaracaqdır.

 

 

Teqlər