Türkiyə parlamentində fiziki qarşıdurma
Dek 12, 2019 09:00 Asia/Baku
İnformasiya mənbələri Türkiyə məclisinin üzvləri arasında fiziki toqquşmanın baş verməsindən xəbər veriblər.
Türkiyə hökumətilə müxalif olan Cümhuriyyət Xalq Partiyası nümayəndələrinin dünən “Palet Tank” zavodunun hökumətin yaxınlarına və qətərlilərə peşkəş edilməsinə etiraz etmələri hakim Ədalət və İnkişaf Partiyası nümayəndələrinin reaksiyası ilə üzləşib.
Bu reaksiya sonda iki tərəfdən olan nümayəndələr arasında höcətləməyə və fiziki qarşıdurmaya gətirib çıxarıbdır.
Türkiyə hökumətilə müxalif olan siyasi qruplar bu qənaətdədirlər ki, bu zavod müştərək şəkildə Qətərə və Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğann yaxınlarına verilibdir.
Hələ Türkiyə hökumətinin bu məsələyə reaksiyası barədə bir məlumat yayılmayıbdır.