Ankara əmirlikləri Türkiyənin daxili işlərinə qarışmaqda və fitnəkarlıqda ittiham edib
Fev 17, 2020 13:17 Asia/Baku
Türkiyənin daxili işlər naziri əmirlikləri bu ölkədə fitnə törətməyə çalışmaqda ittiham edib.
Süleyman Soylu bu gün deyib ki, Ankara əmirliklərin Türkiyəyə zərbə vurmaq məqsədilə təhrik etdiyi şəxsləri həbs edibdir.
Türkiyənin daxili işlər naziri sonra deyib: Bu şəxslərin bəziləri Türkiyənin bəzi bölgələrində bu ölkəyə qarşı şayiə yaymaq və fitnə salmaqla məşğul imişlər və bu sahədə əmirliklərin təxribatçı rolu sübuta yetirilibdir.
Süleyman Soylu bildirib ki, onlar gərginlik yaratmaq və fitnə salmağa çalışıblar, amma onları təqib və həbs edə bilmişik.