Türkiyədə koronavirusdan ölənlərin sayı 1006 nəfərə çatıb
https://azeri.sahartv.ir/news/türkiyə-i360397-türkiyədə_koronavirusdan_ölənlərin_sayı_1006_nəfərə_çatıb
Türkiyənin səhiyyə naziri dünən gecə bildirib ki, daha 98 nəfərin ölümü ilə bu ölkədə koronavirusdan ölənləri sayı 1006 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 11, 2020 03:25 Asia/Baku
  • Türkiyədə koronavirusdan ölənlərin sayı 1006 nəfərə çatıb
    Türkiyədə koronavirusdan ölənlərin sayı 1006 nəfərə çatıb

Türkiyənin səhiyyə naziri dünən gecə bildirib ki, daha 98 nəfərin ölümü ilə bu ölkədə koronavirusdan ölənləri sayı 1006 nəfərə çatıb.

Fəxrəddin Koca həmçinin ötən sutka ərzidə bu ölkədə 4747 yeni yoluxma halının qeydə alındığını bildirib. Qeyd edib ki, indiyədək Türkiyədə 47 min 29 nəfər bu virusa yoluxubdur.

Son günlər Türkiyədə koronavirus pandemiyasının sürəti daha da artıbdır.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan ötən cümə günü bu ölkədə koronavirusla mübarizə üçün 20 yaşından aşağı şəxslərin evdən çıxmalarını qadağan etdi.

Ərdoğan bir televiziya çıxışında dedi ki, şənbə günü aprelin dördündən naməlum müddətədək Türkiyədə 20 yaşından aşağı şəxslərin evdən çıxmağa haqları yoxdur.

Türkiyə prezidenti həmçinin bildirib ki, avtomobillərin paytaxt Ankara daxil olmaqla Türkiyənin 31 iri şəhərindən çıxmaları on beş gün müddətinə qadağandır.

Ərdoğan sonra deyib ki, şənbə günündən Türkiyədə hamı izdihamlı məkanlarda maskalardan istifadə etməlidir.

Türkiyə prezidenti bildirib ki, koronavirusla mübarizə bütün Türkiyə xalqının səyi və həmrəylini tələb edir. O, qeyd edib ki, səhiyyə tədbirləri və göstərişlərinə riayət etməyən şəxslər cərimə olunacaqlar.

65 yaşından yuxarı şəxslər və ağır xəstələr də bundan öncə Türkiyədə icbari karantinə şamil edilmişdilər.