Türkiyədə icbari komendant saatının qəfil tətbiqinə reaksiyalar davam edir
Ankara daxil olmaqla Türkiyədə icbari komendant saatının qəfil şəkildə icrası bu ölkənin bəzi bölgələrində toqquşmaya və hərc-mərcliyə səbəb olubdur.
İnformasiya kanalları Türkiyə şəhərlərində, o sıradan İstanbulun bəzi bölgələrində toqquşma və hərc-mərclik barədə təsvirlər yayıblar.
Bəzi mağazalar və satış mərkəzlərinin qarşısında atışmalar barədə məlumatlar yayılıbdır.
İstanbul meri Əkrəm İmamoğlu hökumətin bu qərarını tənqid edib və deyib ki, karantin və komendant saatı qanunları qəflətən elan olundu və öncədən barəsində bir söhbət edilməmişdi.
Türkiyədəki partiyalar da bu ölkənin 31 vilayətində qəfil şəkildə komendant saatının elan olunmasına reaksiya veriblər.
Türkiyənin daxili işlər nazirliyi koronavirus pandemiyası ilə mübarizə məqsədilə öncədən xəbər vermədən bu gündən etibarən iki gün müddətinə ölkədə icbari karantin rejimi elan edibdir.
Son statistikalara görə, indiyədək Türkiyədə 1056 nəfər koronavirusa yoluxma nəticəsində vəfat edib. Bu virusa yoluxanların sayı da 47 min nəfəri ötüb keçibdir.
TÜRKİYƏDƏ QƏFİL KOMENDANT SAATI GƏRGİN DURUM YARADIB