Ərdoğan Daxili İşlər nazirinin istefa ərizəsini qəbul etməyib
-
Ərdoğan Daxili İşlər nazirinin istefa ərizəsini qəbul etməyib
Türkiyənin Daxili İşlər naziri istefa verdi, prezident Ərdoğan onun istefa ərizəsini qəbul etmədi.
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib ki, bu həftənin sonu - 11, 12 aprel tarixlərində Türkiyənin 31 şəhərində komendant saatının (48 saatlıq) tətbiq olunması birbaşa onun göstərişi olub: “Pandemiyanın qarşısının alınması üçün həftəsonu küçəyə çıxmaq qadağası bütünlükdə mənim şəxsimə aiddir. Başlanğıcda məhdud saatlarda ortaya çıxan görüntülər bu mükəmməl idarə olunan prosesə uyğun gəlmədi. Mən Daxili İşlər Nazirliyindən ayrılıram”, - nazir açıqlamasında belə yazıb.
Daxili İşlər naziri istefa ərizəsini Prezidentə təqdim etsə də, Rəcəb Tayyib Ərdoğan onun ərizəsini qəbul etməyib.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 1198 nəfər ölüb, 56 956 nəfər bu infeksiyaya yoluxub.
ƏRDOĞAN Dİ NAZİRİNİN İSTEFA ƏRİZƏSİNİ QƏBUL ETMƏYİB